XƏBƏRLƏR

Nəsimi Festivalı nüfuzlu beynəlxalq nəşrin səhifələrində

27/08/2019

Avqust ayında nüfuzlu The Art Newspaper-ın rus dilindəki nəşri ayda 1 dəfə çap edilən rəngli qəzetində Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalına xüsusi buraxılış həsr edib. Qəzetin içinə festivalın məramı, tədbirlər təqvimi, qonaqları, layihələri haqqında 8 səhifəlik əlavə daxil edilib.

Dünya mədəniyyətini əhatə edən online və çap nəşriyyatı olan The Art Newspaper 1990-cı ildə Umberto Allemandi və Anna Somers Koks tərəfindən Il Giornale dell'Arte konsepsiyasına əsasən təsis edilmişdir. Art Newspaper International Edition şirkətinin London və Nyu-York şəhərlərində ofisləri fəaliyyət göstərir. Məqalələrdən başqa, bu nəşr incəsənət aləminin aparıcı simaları haqqında məlumatlar və şərhlərə də geniş yer ayırır.

London və Nyu-Yorldan əlavə, Art Newspaper beynəlxalq şəbəkəsinə Rusiya (2012-ci ildən), Çin (2013-cü ildən), Fransa (2018-ci ildən), İsrail (2019-cu ildən) nəşriyyatları da aiddir. Il Giornale dell'Arte The Art Newspaper`in tərəfdaşı olmaqda davam edir.

100 səhifədən artıq aylıq nəşrlərə əlavə olaraq, The Art Newspaper gündəlik online xəbərlər və həftəlik podkast xidmətlərini təqdim edir.

http://www.theartnewspaper.ru/

5 GÜN QALIB