XƏBƏRLƏR

Hərəkətli Misralar – Şeir video formatında

27/08/2019

Festival çərçivəsində  kurator Çinarə Məcidova tərənidən seçilmiş “Hərəkətli misralar” adlı video poeziya nümunələrindən ibarət beynəlxalq proqram Azərbaycan dilində sub-titrlər ilə nümayiş olunacaqdır. Filmləri Kiçik QalArt Qalereyasında bütün festival boyu saat 11.00-dan 19.00-dək izləmək mümkün olacaq. Videoların bir çoxu Nəsimi Festivalı ilə qurulmuş tərəfdaşlıq xətti ilə “Visible Poetry Project” tərəfindən göstərilməsi üçün təmənnasız olaraq təqdim olunmuşdur.

“Visible Poetry” layihəsi 2017-ci ildə şeirləri qısametrajlı film kimi təqdim edən bir sıra videolar yaratmaq üçün rejissorları bir araya gətirmək məqsədi ilə ABŞ-da təsis edilmişdir. Layihə şeirləri film vasitəsilə necə yenidən yaratmağı və sınamağı araşdıraraq, poeziyanı daha əlçatan etmək arzusundadır. Hər il Milli Poeziya Ayı olan aprel ayında 30 gün ərzində hər gün bir vizual şeir təqdim edilir.

https://www.visiblepoetryproject.com/

Nəsimi Festivalı çərçivəsində nümayiş olunacaq xarici filmlərin siyahısını təqdim edirik:

İşin adı Uzunluq Müəllif Şair
Hate for sale 3:00 Anna Eijsbouts/Hollandiya Neil Gaiman/Birləşmiş Krallıq
Transsmission 1:26 Afroditi Bitzouni/Yunanıstan Chris Sakellaridis/İngiltərə-Yunanıstan
Today might be the last day I see your face 3:00 Vasco Mendes/Portuqaliya Vasco Mendes
Please Listen 3:34 Natalia Alfulova/Rusiya Vladimir Mayakovsky /Rusiya
Quarry 3:04 Josh Saunders/Birləşmiş Krallıq Melissa Stein/ABŞ
Quattro ottobre 2:10 Jack Daverio/İtaliya Francesca Gironi/İtaliya
Untitled 5:24 Elsa Amiyel /Fransa Cornelia Travnichek/Avstriya