XƏBƏRLƏR

SIGNIS mükafatçısı - Nəsimi Festivalında

11/08/2019

Nəsimi Festivalı, 100-dən çox ölkədən olan üzvlərini özündə birləşdirən qeyri-hökumət təşkilatı olan SIGNIS-in Kino üzrə bürosu ilə tərəfdaşlıq qurdu. SIGNIS Ümumdünya Katolik Rabitə Birliyi olaraq, radio, televiziya, kino, video, media təhsili, İnternet və yeni texnologiya mütəxəssislərini bir araya gətirir.

SIGNIS tanınmış Kann, Berlin və Venesiya-dan tutmuş Mar del Plata, Zanzibar, Hong Kong, Fəcr (Tehran) və Brisbeyn kimi ixtisaslaşmış festivallara qədər dünyada 30-dan çox film festivalına “SIGNIS, Ecumenical and Interfaith Awards” mükafatını təqdim edir.  Dörd dəfə Azərbaycanlı rejissorların (bunlar arasında Vaqif Mustafayev, Elçin Musaoğlu və Hilal Baydarov) filmləri SIGNIS mükafatlarına layiq görülüb.

Bu il Nəsimi Festivalı görkəmli finlandiyalı rejissor Aki Kaurismäki tərəfindən "Ümidin digər tərəfi" filminin nümayişini planlaşdırır. Bu film 2017-ci ildə ilin  Ən Yaxşı Avropa Filmi kimi SIGNIS mükafatını almışdır. (http://www.signis.net/news/culture/03-04-2018/the-other-side-of-hope-wins-signis-prize-for-best-european-film-2017).

38 GÜN GALIB