XƏBƏRLƏR

Nəsiminin şeir dühası - 2019-ci il Fəs Festivalında

11/08/2019

Nəsimi Festivalı davamlı olaraq dünya miqyasında müxtəlif festivallar və mədəni təşkilatlarla əməkdaşlıq edir. Onların arasında, Mərakeşdə Dünya Müqəddəs Musiqi Festivalı (https://fesfestival.com) - hər il görkəmli ifaçıları və minlərlə ziyarətçini cəlb edən  ən mötəbər beynəlxalq mədəni tədbirlərdən biridir. Keçən il Fes Festivalı Mərakeşin ənənəvi musiqi qrupu olan “Abderrahim Abdelmoumen et sa troupe andalouse de Tanger”-in Nəsimi Festivalında musiqi ifası ilə çıxış etməsini tövhə etmişdi.

Bu ilin iyun ayında Azərbaycandan olan bir qrup musiqiçi, Nəsimi şeiryyatına söykənən və ənənəvi muğam ifasını musiqinin və ətraf mühit səslərinin yazıları, canlı elektronika ilə birləşdirən “Bahariyyə” adlı musiqi layihəsini təqdim etmək üçün dəvət aldı. Bu layihənin dərin mənəviyyatı və intensiv musiqi dinamikası festival tamaşaçılarını məftun etdi. Ötən il bu eksperimental musiqili tamaşa Nəsimi Festivalının proqramı çərçivəsində Bakıdakı Daş Salnamə Muzeyində xüsusi bir festival layihəsi olaraq həyata keçirilmişdir.