XƏBƏRLƏR
11/08/2019
EFFE Nişanı - Nəsimi Festivalına

Bu ilin əvvəlində Nəsimi Festivalı EFA-Avropa Festival Birliyinə daxil oldu, bu günlərdə isə EFFE (Europe for Festivals, Festivals for Europe) üzrə Beynəlxalq Münsiflər Heyəti və EFFE Hubs-ın qərarı ilə Nəsimi Festivalı Avropanın diqqətəlayiq keyfiyyət markası olan ‘EFFE Label 2019-2020’ alması barədə xəbər aldıq

11/08/2019
Nəsiminin şeir dühası - 2019-ci il Fəs Festivalında

Nəsimi Festivalı davamlı olaraq dünya miqyasında müxtəlif festivallar və mədəni təşkilatlarla əməkdaşlıq edir. Onların arasında, Mərakeşdə Dünya Müqəddəs Musiqi Festivalı (https://fesfestival.com) - hər il görkəmli ifaçıları və minlərlə ziyarətçini cəlb edən ən mötəbər beynəlxalq mədəni tədbirlərdən biridir.

11/08/2019
SIGNIS mükafatçısı - Nəsimi Festivalında

Nəsimi Festivalı, 100-dən çox ölkədən olan üzvlərini özündə birləşdirən qeyri-hökumət təşkilatı olan SIGNIS-in Kino üzrə bürosu ilə tərəfdaşlıq qurdu. SIGNIS Ümumdünya Katolik Rabitə Birliyi olaraq, radio, televiziya, kino, video, media təhsili, İnternet və yeni texnologiya mütəxəssislərini bir araya gətirir.

27/08/2019
Hərəkətli Misralar – Şeir video formatında

Festival çərçivəsində kurator Çinarə Məcidova tərənidən seçilmiş “Hərəkətli misralar” adlı video poeziya nümunələrindən ibarət beynəlxalq proqram Azərbaycan dilində sub-titrlər ilə nümayiş olunacaqdır

27/08/2019
Nəsimi Festivalı nüfuzlu beynəlxalq nəşrin səhifələrində

Avqust ayında nüfuzlu The Art Newspaper-ın rus dilindəki nəşri ayda 1 dəfə çap edilən rəngli qəzetində Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalına xüsusi buraxılış həsr edib.